Şalva Papuaşvili xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb
Şalva Papuaşvili xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb.

Papuaşvilinin sosial şəbəkədə yazdığına görə, görüşdə Gürcüstan parlamenti ilə Xalq Müdafiəçisi arasında əməkdaşlığın daha da fəallaşdırılmasının vacibliyini və parlament tərəfindən dəstəyin gücləndirilməsinin zəruriliyinə diqqət çəkdiyini vurğulayıb.

Papuaşvilinin söylədiyinə görə, görüşdə qeyd olunub ki, Gürcüstan parlamenti ilə Xalq Müdafiəçisi ofisi arasında əlaqələrin dərinləşdirilməsi qanunun aliliyi və insan haqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir.

“Mən Xalq Müdafiəçisi Levan İoseliani ilə görüşdüm. Gürcüstan Parlamentinin və Xalq Müdafiəçisinin əməkdaşlığının daha da fəallaşdırılmasının vacibliyini vurğuladım və parlament tərəfdən dəstəyin gücləndirilməsinin zəruriliyinə diqqət çəkdim. Qanunverici orqanda keçirilən görüşdə biz Xalq Müdafiəçisi ilə parlament komitələri arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. “Görüşdə qeyd olunub ki, Gürcüstan parlamenti ilə Xalq Müdafiəçisi Ofisi arasında əlaqələrin dərinləşdirilməsi qanunun aliliyinin təmin olunması və insan haqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir”, – Şalva Papuaşvili yazır.