Şalva Papuaşvili İranın səfiri Mahmud Adib ilə vida görüşü keçirdi
Şalva Papuaşvili İranın səfiri Mahmud Adib ilə vida görüşü keçirdi

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili İran İslam Respublikasının səfiri Mahmud Adib ilə vida görüşü keçirdi.

İran səfiri parlament sədrinə əməkdaşlığa görə təşəkkür etdi və qeyd etdi ki, Gürcüstan ilə İran arasında münasibətlərin inkişafı regionda sabitlik üçün böyük əhəmiyyətə malikdir.

Mahmud Adib vurğuladı ki, Ermənistan ilə Azərbaycan arasında sülh dialoqunun müsbət dinamikası, hansı ki Gürcüstan və İran hökumətləri tərəfindən dəstəklənir, ümidvericidir və gələcəkdə regionda əməkdaşlığın dərinləşməsinə kömək edəcək.

Parlamentin sədri, öz növbəsində, iki ölkə arasında tarixi münasibətlərin əhəmiyyətini vurğulayıb, xalqlar arasında əlaqələrin genişlənməsi və iki ölkə hökumətlərinin bölgədə sülh və sabitlik üçün əməkdaşlığını qeyd edib. Papuaşvili İran səfirinə İranın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, həmçinin səfirin gördüyü işlərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.