Şalva Papuaşvili Hindistan parlamentinin aşağı palatasının sədri ilə görüşüb
Şalva Papuaşvili Hindistan parlamentinin aşağı palatasının sədri ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Hindistan Respublikası Parlamentinin aşağı- xalq palatasının sədri Om Birla ilə görüşüb. Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.

Tərəflər Gürcüstan və Hindistan Respublikası arasında mövcud sıx dostluq əlaqələrini müzakirə ediblər.

Şalva Papuaşvili Gürcüstanda Hindistan səfirliyinin açılmasını müsbət qiymətləndirib.

Tərəflər parlament əlaqələrinin dərinləşdirilməsi imkanlarını və ticarət, turizm, təhsil və texnologiya sahələri də daxil olmaqla iki ölkə arasında sektoral əməkdaşlığı müzakirə ediblər.

Om Birla Hindistan parlamentinin rəqəmsal texnologiyaların tətbiqi sahəsində dəyərli təcrübəsini qeyd edib və bu təcrübəni bölüşməyə hazır olduğunu bildirib. Om Birla Şalva Papuaşvilini Hindistan Respublikasına dəvət edib.

Görüş Özbəkistan Respublikasının paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqının 150-ci Assambleyası çərçivəsində baş tutub.