Şalva Papuaşvili - Gürcüstan metropolun maraqlarına qurban verilməli olan periferik bir koloniya deyil, “namestniklər”(canişinlər) və “ikinci katiblər” dövrünü gürcü xalqı artıq “qaranlıq keçmişə” təhvil verib
Şalva Papuaşvili - Gürcüstan metropolun maraqlarına qurban verilməli olan periferik bir koloniya deyil, “namestniklər”(canişinlər) və “ikinci katiblər” dövrünü gürcü xalqı artıq “qaranlıq keçmişə” təhvil verib

Doğrudur, cənab Herçinski üçün gürcü xalqının keçmişi qaranlıq idi, lakin bizim tariximizdə həqiqətən qaranlıq olan nə isə varsa, bu, xarici qüvvələrin “qucaqlayaraq bizi boğmaq” istiqamətində daimi cəhdləri olub. Belə idi əvvəllər, bu gün də belədir”, – deyə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial mediada yazır.

“Papuaşvilinin yazdığı kimi, “Hər kəs bizə bir ölkə, bir dövlət və bir millət olaraq hörmət etməlidir”.

“4 oktyabr zorakılığını təhrik edənlər bizə zorakılıq barədə danışırlar; kilsəyə, dövlətə və insan ləyaqətinə hücum edən qrupları maliyyələşdirənlər bizə vətəndaş müharibəsi barədə xəbərdarlıq edirlər; bizi Rusiya ilə sanksiyalar müharibəsinə sürükləyənlər və iqtisadiyyatın çökməsinə və səfalətə məhkum edənlər bizə yoxsulluq haqqında danışırlar; İnsan haqlarının pozulmasının, reketçiliyin və işgəncənin dövlət siyasətinə çevrildiyi bir rejimi yalan və hiylə ilə haqlı çıxarmağa çalışanlar qaranlıq keçmişdən danışırlar.

Gürcü xalqına gəldikdə isə, onun əsl siması 2024-cü ildə aydın şəkildə ortaya çıxdı. Bu, öz taleyini özü müəyyən edən, öz dəyərlərini müdafiə edən və öz yolundan dönməyən bir xalqdır. Xalq, bir birlik kimi, məhz bu cür hadisələrlə ölçülür, kiminsə zövqü ilə deyil – ümumi günlər xalqı ifadə edir. Biz 2024-cü il seçkilərində xalqı gördük. Biz xalqı Patriarxla vidalaşma günlərində gördük. Biz xalqı bir daha bir neçə gün sonra, 17 mayda görəcəyik – vahid, möhkəm, öz inamına və kimliyinə əsaslanan xalqı. Bu fonda cənab səfirin “xalq” haqqında danışması nəinki qeyri-korrektdir, bu, siyasi sarkazmın klassik nümunəsidir. Ən böyük sarkazm isə odur ki, bu ittihamlar zorakılığın romantikləşdirildiyi, onun təşkilatçılarının isə qəhrəmanlaşdırıldığı bir mühitdən səslənir. Nəhayət, Gürcüstan həmişə konstruktiv dialoqa hazırdır və Brüssel bunun üçün nəyin lazım olduğunu yaxşı bilir: Gürcüstana qarşı aqressiv ritorika dayandırılmalı; seçilmiş hakimiyyətə qarşı hücumlar dayandırılmalı; gürcü xalqına qarşı yönəlmiş düşmənçilik xarakterli qətnamələr ləğv edilməlidir. Hörmətə əsaslanmayan münasibət tərəfdaşlıq ola bilməz. Əsl tərəfdaşlıq tərəflər bir-birini bərabər qəbul etdikdə başlayır.

Hamı bizə bir ölkə, dövlət və xalq kimi hörmət etməlidir. Gürcüstan metropolun maraqlarına qurban verilməli olan periferik bir koloniya deyil, “namestniklər”(kiminsə tapşırığı ilə hərəkət edən adam) və “ikinci katiblər” dövrünü gürcü xalqı artıq “qaranlıq keçmişə” təhvil verib”, – Şalva Papuaşvili yazır.

Məlumat üçün bildirək ki, Bir neçə gürcü media orqanı Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətində keçirilən tədbirdə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin verdiyi bəyanatı yayıb. Bəyanatda deyilir: “Gürcüstan yol ayrıcındadır, ölkənin gələcəyi hələ yazılmayıb. Lakin qarşıdakı həftələrdə və aylarda veriləcək qərarlar Gürcüstanın demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslanan Avropa ölkələri ailəsinin bir hissəsi olub-olmayacağını, yoxsa təəssüf ki, öz qaranlıq keçmişinə qayıdıb-qayıtmayacağını müəyyən edəcək”. Bununla yanaşı, Herçinski qeyd edib: “Biz Gürcüstanın və gözəl, qonaqpərvər gürcü xalqının zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq, çətinliklər və korrupsiyanın qaranlıq dövrlərinə qayıtmasına imkan verməməliyik”.