Şalva Papuaşvili - "Fitch"in reytinqi Gürcüstan hakimiyyətinin sabitliyin qorunmasına yönəlmiş düzgün iqtisadi siyasətini göstərir
Şalva Papuaşvili - "Fitch"in reytinqi Gürcüstan hakimiyyətinin sabitliyin qorunmasına yönəlmiş düzgün iqtisadi siyasətini göstərir

Təsəvvür edin, Brüsseldən hücumlar olmasaydı, biz nə qədər irəlidə olardıq”, – bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, xaricdən edilən hücumlar Gürcüstanın inkişaf tempini ləngidir.

“„Fitch“ reytinqi Gürcüstan hakimiyyətinin düzgün iqtisadi siyasətini və sabitliyin qorunmasına yönəlmiş ümumi siyasətini nümayiş etdirir. Bu isə artıq iqtisadi mühiti də canlandırır. Bölgədə davam edən müharibə və ölkəyə edilən hücumlar fonunda belə uğura nail olmağımız göstərir ki, hər kəs təsəvvür edə bilər, əgər Brüsseldən və müxtəlif şəhərlərdən gələn hücumlar olmasaydı, nə qədər irəlidə olardıq. Bəzi xarici qüvvələrin Gürcüstana yönəlik düşmənçilik siyasəti var. Xaricdən edilən hücumlar isə bizim mövcud inkişaf tempimizi ləngidir”, – Papuaşvili bildirib.

Məlumat üçün bildirək ki, “Fitch” kredit agentliyi Gürcüstanın suveren reytinqini BB səviyyəsində qiymətləndirib və proqnozu mənfidən stabil səviyyəyə qədər yaxşılaşdırıb.