Şalva Papuaşvili - Ən nüfuzlu dövlətin parlamentinin sədri kişinin qadın ola bilməyəcəyini demək məcburiyyətində qalanda, nə cəfəngiyyatla qarşı-qarşıya qaldığımız aydındır
Kişi kişidir, qadın qadındır, kişi qadın ola bilməz – ən nüfuzlu dövlətin parlamentinin sədri bunu demək məcburiyyətində qalanda, nə cəfəngiyyatla qarşı-qarşıya qaldığımız aydındır, – Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Onun söylədiyinə görə, bunu “Ailə dəyərləri haqqında” qanun tənzimləyir.
“Ən varlı, ən qüdrətli, ən nüfuzlu dövlət parlamentinin sədri bunu demək məcburiyyətində qalanda, yəqin ki, nə dərəcədə cəfəngiyatla qarşı-qarşıya qaldığımız aydındır. Müxalifətin əcnəbilərin istəyi ilə ləğv edilməsini tələb etdiyi “Ailə dəyərləri haqqında” qanunu məhz bunu tənzimləyir”, – Şalva Papuaşvili yazıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, kişi kişidir, qadın qadındır, kişi isə qadın ola bilməz.