Şalva Papuaşvili - Dezinformasiya selində biz həqiqətin nə olduğunu yadda saxlamalıyıq, 2021-ci ildə NATO qoşunlarının Əfqanıstandan sürətlə çıxarılmasının təmin edilməsində Gürcüstanın hansı rolu oynaması ayrıca hekayədir
Şalva Papuaşvili - Dezinformasiya selində biz həqiqətin nə olduğunu yadda saxlamalıyıq, 2021-ci ildə NATO qoşunlarının Əfqanıstandan sürətlə çıxarılmasının təmin edilməsində Gürcüstanın hansı rolu oynaması ayrıca hekayədir

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, demokratik və institusional inkişaf baxımından Gürcüstanın artıq illərdir NATO-ya üzv olan bir çox ölkəni geridə qoyduğunu bildirib.

Papuaşvilinin sosial şəbəkədə yazdığı kimi, Gürcüstan NATO-nun Əfqanıstandakı missiyasında NATO üzvü olmayan ölkələrdən ən böyük kontingentlə iştirak edirdi, alyansın üzvləri ilə müqayisədə isə dördüncü idi.

“Yalan ittihamlar və dezinformasiya selində biz həqiqətin nə olduğunu yadda saxlamalıyıq.

“Gürcü Arzusu” hakimiyyətinin qərarına əsasən, NATO-nun Əfqanıstandakı “Güclü Dəstək Missiyası”nda 2015-2021-ci illərdə Gürcüstan NATO üzvü olmayan ölkələrdən ən böyük kontingentlə iştirak edirdi, NATO-nun üzvlərinin özləri ilə müqayisədə isə biz ABŞ, Almaniya və İtaliyadan sonra dördüncü idik.

Kimin hansı mürəkkəblikdə tapşırıqları yerinə yetirdiyi barədə artıq heç nə deməyəcəyəm. Qəhrəman əsgərlərimizin hekayələrini və fədakarlıqlarını hamımız bilirik və unutmuruq.

2021-ci ildə NATO qoşunlarının Əfqanıstandan sürətlə çıxarılmasının təmin edilməsində Gürcüstanın hansı rolu oynaması ayrıca hekayədir.

O da yaxşı yadımızdadır ki, demokratik və institusional inkişaf baxımından artıq illərdir NATO-ya üzv olan bir çox ölkəni geridə qoyuruq” – Şalva Papuaşvili yazır.