Şalva Papuaşvili deputatlarla birlikdə Bakurtsixe-Tsnori magistral avtomobil yolunun açılışında iştirak edib
Şalva Papuaşvili deputatlarla birlikdə Bakurtsixe-Tsnori magistral avtomobil yolunun açılışında iştirak edib

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili baş nazir İrakli Kobaxidze və Gürcüstan Parlamentinin deputatları ilə birlikdə Bakurtsixe-Tsnori magistral avtomobil yolunun açılışında iştirak edib.

“Yeni Bakurtsixe-Tsnori yolu 2 zolaqlı asfalt-beton örtüyü ilə beynəlxalq yol marşrutunun mühüm hissələrindən biridir və burada Gürcüstanda ilk dəfə enerjiyə qənaət edən günəş panellərindən istifadə olunub.

Bakurtsixe-Tsnori magistral avtomobil yolunun tikintisi Gürcüstan hökuməti və Asiya İnkişaf Bankı (AİB) tərəfindən birgə maliyyələşdirilib və onun dəyəri 87,8 mln. təşkil edib.

18 kilometrlik Bakurtsixe-Tsnori yolunun açılış mərasimində eləcə də icraçı, qanunverici və yerli hakimiyyətin nümayəndələri iştirak edirdilər” – deyə parlamentin mətbuat xidməti qeyd edib.