Şalva Papuaşvili Çin Xalq Konqresinin sədrinin dəvəti ilə rəsmi səfərlə Çinə yola düşüb
Parlamentin sədri nümayəndə heyəti ilə birlikdə rəsmi səfər çərçivəsində Çin Xalq Respublikasına yola düşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili yüksək səviyyəli görüşlər keçirəcək.
Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə Gürcüstan Parlamentinin birinci müavini, Gürcüstan-Çin Parlament Dostluq Qrupunun rəhbəri Qiorqi Volski; Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani; Gürcüstan Parlamentinin sədr müavini Sozar Subari; Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Kənd Təsərrüfatı Komitəsinin sədri Qela Samxarauli daxildir.
Bu, son 20 ildə Gürcüstan parlamentinin sədrinin Çinə ilk rəsmi səfəridir.