Parlamentin sədri Şalva Papuaşvili Gürcüstanda Çili Respublikasının qeyri-rezident fövqəladə və səlahiyyətli səfiri Eliseo Rodrigo Ruiz Ortiz ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Çilinin Gürcüstanın ərazi bütövlüyünə verdiyi qəti dəstəyə, o cümlədən BMT-də Gürcüstanın qətnamələrini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
“Tərəflər Gürcüstan və Çili arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd olunub. Onlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. Söhbət zamanı ticarət, turizm, mədəniyyət sahələrində əməkdaşlığa toxunulub. Tərəflər hər iki ölkədə planlaşdırılan seçkilər barədə danışdılar: Gürcüstanda bələdiyyə seçkiləri, Çilidə isə prezident seçkiləri. Şalva Papuaşvili yeni təyin olunmuş səfərə fəaliyyətində uğurlar arzulayıb ”, – parlamentin məlumatında deyilib.