Şalva Papuaşvili - bu gün 20 İyundur, Gürcüstanda 2012-ci ildən sonra siyasətin radikallaşdırılması planının, strukturunun və formasının tam şəkildə bəyan edildiyi gündür
Şalva Papuaşvili - bu gün 20 İyundur, Gürcüstanda 2012-ci ildən sonra siyasətin radikallaşdırılması planının, strukturunun və formasının tam şəkildə bəyan edildiyi gündür

Bu gün 20 iyundur. Gürcüstanda 2012-ci ildən sonra siyasətin radikallaşdırılması planının, strukturunun və formasının tam şəkildə bəyan edildiyi gündür. Bu, illər ərzində nifrət ritorikası ilə bəslənmiş aktivistlər, xüsusilə də onların həssas və həyəcanlı hissəsi, Vahid Milli Hərəkatın revanşist siyasətçiləri tərəfindən mübarizə meydanına çıxarıldığı və parlamentin ələ keçirmək üçün yönləndirildiyi gündür , – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkələrdə yazır.

“Xatırladığımız kimi, parlamentə edilən hücumu daxili və xarici radikallar “xalqın səmimi etirazı” adlandırırdılar və o vaxtdan bəri bu təbliğat hiyləsi hər şiddətli inqilab cəhdində istifadə olunur.

2019-cu il 20 iyun tarixində parlament sarayına zorakı hücum edilməsi faktı beş il sonra Strasburq məhkəməsi tərəfindən “Tsaava və başqaları Gürcüstana qarşı” işində qərarında tam şəkildə təsdiqləndi.

20 iyunda biz gördük ki, seçkilərdə xalqın dəstəyini qazana bilməyən siyasi qüvvələr 2003-cü ilin təlimatına uyğun hərəkət etməyə və hakimiyyətə küçədən gəlməyə qərar verdilər.

Zorakı küçə etirazlarının təşviqi üçün Milli Hərəkat və onların partiya mediası illər ərzində dinləyicilərin beyinlərini yuyur, onların hadisələri adekvat şəkildə anlamaq qabiliyyətini zəiflədir və onları nifrətlə doldururdu. Onların “21-ci əsrdə hər şeyi faktlar deyil, qavrayışlar həll edir” doktrinasını və onların tərəfdarı olduqları yanlış təsəvvürləri oyatmaq üçün yorulmaz səylərini xatırlayırıq.

Qavrilov hadisəsinə zəmin yaradan bu ilkin şərtləri – faktlar üzərində qavrayışların üstünlük təşkil etdiyini başa düşmək vacibdir ki, sadə qanun pozuntusu yerinə hadisə əvvəlcədən planlaşdırılmış pis niyyət kimi təqdim olunsun. Nəticədə biz çoxlu emosiya, isteriya, körüklənən alov, əlavə yanacaq tökülməsi, vəhşi davranış və Qiorqi Qaxarianın təəssüf doğuran rolunu gördük.

Bütün bunları xatırlayırıq. Amma altı il sonra baxanda hər şey daha aydın və dəqiq görünür. İyunun 20-də gördüyümüz əsas məsələ QHT-lərdən qidalanan fəalların birləşməsi və radikal siyasi ssenaridə iştirakı oldu; Biz ölkənin daxili siyasətində əcnəbilərin iştirakını, onların təkcə tərəf seçmələrini deyil, həm də günahı sübuta yetirilən tərəfi seçmələrini və bu gün olduğu kimi zorakılığa, ekstremizmə haqq qazandırdıqlarını gördük. Hətta bu zorakı qrupların sonrakı maliyyələşdirilməsinin təmin edilməsini. Xatırladaq ki, Nika Melianın 20 iyun işi ilə bağlı girovu məhz Avropa İttifaqı qurumu tərəfindən ödənilib. Sonradan o da məlum olacaq ki, 20 iyunun zorakılarının – “Ayıbdır”, “Droa” və digərlərinin – mütəşəkkil qruplara çevrilmə və küçə kampaniyalarının təşkili tamamilə xarici donor təşkilatları tərəfindən təmin edildi.

20 iyunun bütün mənəvi nəticəsi ondan ibarətdir ki, bu gün küçədə gördüyümüz hər şeyin — xoşagəlməz çıxışların, bizim, hətta etiraz ənənəsinin nə etik, nə də estetik normalarına uyğun gələn psevdoetirazın marazmatik formalarının, tam radikallaşmanın, ekstremizmin, mədəniyyətin və sivilizasiyanın ləğv edilməsinin, bütün bu davranışların başlanğıcı kimi biz haqlı olaraq 2019-cu ilin iyunun 20-də parlamentə qarşı həyata keçirilmiş zorakı hücumu qəbul edə bilərik.