Şalva Papuaşvili - Brüssel demokratiyaya, qanunun aliliyinə və suverenliyə hörmətə qayıtmalıdır, çünki bunlar qaydalara əsaslanan beynəlxalq nizamın təməl daşıdır
Brüssel demokratiyaya, qanunun aliliyinə və suverenliyə hörmətə qayıtmalıdır, çünki bunlar qaydalara əsaslanan beynəlxalq nizamın təməl daşıdır”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvili Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və Avropa Komissiyasının sözçüsü Anita Hipperin bəyanatlarını paylaşır. Xüsusilə, Saakaşvili sosial şəbəkədə yazır: “4 oktyabrda sizin quldur rejimə son hökmü vermək şansınız olacaq”, Anita Hipperin sözlərinə görə isə, “Avropa İttifaqı küçələrə çıxan xalqa həmrəylik nümayiş etdirir”.
“Avropa İttifaqını bu cür acınacaqlı reallığa Brüsselin dəyərləri siyasi intriqalarla əvəz etməsi gətirdi. Brüssel demokratiyaya, qanunun aliliyinə və suverenliyə hörmətə, qaydalara əsaslanan beynəlxalq nizamın təməl daşına qayıtmalıdır”, – Papuaşvili qeyd edir.