Şalva Papuaşvili Böyük Britaniyanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Şalva Papuaşvili Böyük Britaniyanın yeni təyin olunmuş səfiri ilə görüşüb

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və Böyük Britaniyanın yeni təyin olunmuş səfiri Qaret Uord Gürcüstan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Parlamentin mətbuat xidməti, Qaret Uordun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkənin demokratik və iqtisadi inkişafına qəti dəstəyini ifadə etdiyi haqda məlumat verir.

Parlamentin sədri və B.Britaniyanın səfiri ikitərəfli münasibətlərin gündəliyini, eləcə də Gürcüstanda cari prosesləri, cari ilin oktyabrına planlaşdırılmış parlament seçkilərini və gələcək planları nəzərdən keçiriblər.

Şalva Papuaşvili Qaret Uordu səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlu fəaliyyət arzulayıb. Tərəflər sıx əməkdaşlıq istəyini ifadə ediblər.