Şalva Papuaşvili - Bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT-lər zorakılıq yolu ilə hakimiyyət rıçaqlarını ələ keçirməyə çalışır, bu yol isə birbaşa Maydana aparır
Şalva Papuaşvili - Bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT-lər zorakılıq yolu ilə hakimiyyət rıçaqlarını ələ keçirməyə çalışır, bu yol isə birbaşa Maydana aparır

Bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT-lər zorakılıq yolu ilə hakimiyyət rıçaqlarını ələ keçirməyə çalışır, bu yol isə birbaşa Maydana aparır, – bu barədə Güürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşviliyə müxalifət nümayəndələrinin “dinc inqilab”la bağlı verdiyi bəyanatlarla əlaqədar sual verilib.

“Ümumiyyətlə, nə ilə məşğul olduğumuz aydındır. Bir neçə siyasi qruplaşma bir neçə xaricdən maliyyələşən QHT ilə birlikdə demokratik çərçivədən kənara çıxıb. Onlar açıq şəkildə bəyan ediblər ki, demokratik prosesdə iştirakdan imtina edirlər və hakimiyyətin zorakı yolla dəyişdirilməsi yolunu seçiblər. Hər kəsə xatırladıram ki, hakimiyyət mandatının əldə edilməsinin yeganə yolu seçkilərdir. Bu qruplar – yəni partiyalar və xaricdən maliyyələşən QHT-lər bəyan ediblər ki, onlar demokratik çərçivədən çıxırlar və mandatı, hakimiyyət rıçaqlarını zorakı yolla əldə etməyə çalışırlar. Bu, məhz hakimiyyətin devrilməsi ilə bağlı bəyanatdır və başqa cür yozula bilməz. Deməli, bu prosesdə iştirak edən hər kəs, həmçinin “devirmə” terminini kiçildən, ona dəstək verən və ya onu salon səviyyəsinə endirən – yəni həmin qruplarla görüşən, diplomatik və ya siyasi görüşlər təşkil edən hər kəs zorakı prosesləri təşviq edir. Bunu biz açıq şəkildə görürük. Fakt ondan ibarətdir ki, onların heç bir xalq dəstəyi yoxdur. Onların davranışında da aydın görünür ki, yeganə məqsədləri elə bir təxribat törətməkdir ki, bu, cəmiyyəti və dövləti qeyri-adi, fövqəladə vəziyyətə salsın. Deməli, bu, təhlükəli bir yoldur və bu yolla bu gün xaricdən diktə olunan bir neçə partiya və QHT gedir. Bu, birbaşa Maydana – qan tökülməsinə, qarşıdurmaya aparan yoldur. Maydan ideyası bizə artıq son vaxtlar, hətta əvvəlki dövrlərdə də tez-tez təqdim olunmağa başlayıb. Ötən ilin dekabrında İsveç hökumətinin nümayəndəsinin müxalifəti Maydana necə çağırdığını xatırlayırsınız? Cəmiyyət bu proseslərə məhz belə baxmalıdır — bu gün bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT Gürcüstanda 90-cı illəri təkrar yaşatmağa çalışır”, – Şalva Papuaşvili bildirib.