Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikası Parlamentinin Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. Bu barədə Gürcüstan parlamentinin mətbuat mərkəzi məlumat yayır.
Görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında tarixi dostluq və çoxşaxəli səmərəli əməkdaşlıq vurğulanıb. Şalva Papuaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Görüşdə həmçinin, iki ölkə arasında yüksək səviyyəli səfərlərin tezliyi müzakirə olunub. Şalva Papuaşvili qeyd edib ki, yeni seçilmiş parlamentə ilk rəsmi səfərin Azərbaycan Milli Məclisinin sədri tərəfindən həyata keçirilməsi rəmzi və sevindirici haldır. İki ölkənin qanunvericilik orqanları arasında, həm sədrlər, həm də sahə komitələri arasında əlaqələr müsbət qiymətləndirilib.Qarşılıqlı anlaşma Memorandumunun əməkdaşlığın gələcək inkişafı üçün əhəmiyyəti qeyd edilib.
Tərəflər həmçinin Cənubi Qafqaz regionundakı mövcud vəziyyət barədə danışıblar və mehriban qonşuluq münasibətlərinin, sülhün və təhlükəsizliyin vacibliyini vurğulayıblar. Strateji əhəmiyyət kəsb edən regional layihələrin həyata keçirilməsi üzərində işləməyə hazır olduqları qeyd edilib.
Sahibə Qafarova Şalva Papuaşvilini Azərbaycana dəvət edib.
Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, parlamentin sədr müavinləri Nino Tsilosani və İlia İncia, parlament üzvləri Savalan Mirzoyev, Zaur Darqalı, Qenrieta Tsitsava və Dimitri Xundaze iştirak ediblər.