Şalva Papuaşvili - Azərbaycanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirəm, xalqlarımız üçün sülhün, rifahın təmin edilməsi işində sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm
Şalva Papuaşvili - Azərbaycanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirəm, xalqlarımız üçün sülhün, rifahın təmin edilməsi işində sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edir.

Bu haqda Papuaşvili sosial şəbəkədə yazır.

“Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Milli Məclis güclü və vahid Azərbaycanın quruculuğunu davam etdirmək üçün Azərbaycan xalqının demokratik mandatını qazandı. Xalqlarımız üçün sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi işində azərbaycanlı həmkarlarımla sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm” – Şalva Papuaşvili sosial şəbəkədə yazır.