Şalva Papuaşvili - Avropa yolumuz abxaz və osetin həmvətənlər ilə birlikdə olan yoldur, barışıqla başlayan yol, qardaşlıq və düşmənçiliyi ayıran yol
Şalva Papuaşvili - Avropa yolumuz abxaz və osetin həmvətənlər ilə birlikdə olan yoldur, barışıqla başlayan yol, qardaşlıq və düşmənçiliyi ayıran yol

 
Avropa yolumuz abxaz və osetin həmvətənlər ilə birlikdə olan yoldur. Barışıqla başlayan yol. Qardaşlıq və düşmənçiliyi, müharibə arzusunu və müharibənin peşmançılığını, müharibənin günahkarını və müharibənin qurbanını ayıran yol – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Rustavidə “Gürcü Arzusu”nun seçki kampaniyasının regional tədbirində çıxışı zamanı bildirib.

Şalva Papuaşvili, bu yolun həm çətin, həm də asan olduğunu bildirib.

“Əgər yalnız bir-birimizə söz və ya əməllə, qəsdən və ya laqeydliklə yaşatdığımız acılar haqqında düşünsək çətindir. Bu ağrını sadəcə olaraq kəssək, öz acımızı bölüşməsək və başqalarının acılarını bölüşməsək, cəzalandırılmalı olanı cəzalandırmasaq və əfv olunması gərəkəni əfv etməsək çətindir. Lakin, aramızda keçmişdə olan və indi də mövcud olan sevgini düşünsək bu yol asandır. Ümumi ailələrimiz, ümumi ziyarətgahlarımız, qürur duyduğumuz ortaq keçmişimiz və onun yenidən təkrarlanması haqqında. Müxalifət məhz buna qarşı çıxır. Son günlərdə öz çılpaq millətçi ritorikası və barışığa qarşı bəhanələr axtarmaqla onlar məhz bunu dedilər” – Papuaşvili qeyd edib.

Papuaşvilinin qeyd etdiyi kimi, müxalifətin özü də təsdiqləyib ki, onların ölkənin birləşməsi üçün lazım olan konstitusiya prosesində hər hansı konstruktiv rol oynamaq şansı sıfırdır.

“Bu səbəbdən “Gürcü Arzusu” tərəfindən konstitusiya çoxluğunun əldə edilməsi ölkəni birləşdirmək üçün yeganə yoldur” – Şalva Papuaşvili bildirib.