Şalva Papuaşvili Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi missiyasının nümayəndə heyəti ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili işgüzar nahar çərçivəsində Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi missiyasının nümayəndə heyəti ilə görüşüb.
Tərəflər Gürcüstandakı seçkiöncəsi mühiti və seçki gözləntilərini müzakirə ediblər. Eləcə də, Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi missiyasının fəaliyyəti və planlarından danışıblar.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.