Şalva Papuaşvili - Avropa İttifaqına üzv ölkələrin hökumətləri Baltikyanılarının kaprizlərinə uymamaları, bu qeyri-sağlam dairəni aşmaları və Gürcüstan-Avropa İttifaqı münasibətlərini yenidən düzgün yola salmaları vacibdir
Avropa İttifaqına üzv ölkələrin hökumətləri Baltikyanılarının kaprizlərinə uymaması, bu qeyri-sağlam dairəni aşmaları və Gürcüstan-Avropa İttifaqı münasibətlərini yenidən düzgün yola salmaları vacibdir, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin söylədiyinə görə, biz dəfələrlə eşitmişik ki, Baltikyanı ölkələr “Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, hərçənd, real dünyada bu terminlərin onlar üçün ciddi mənası yoxdur.
“Son günlərdə eks prezident Zurabişvilinin Baltikyanı postsovet ölkələrinə səfəri bu ölkələrin və Avropa bürokratiyasının Gürcüstana problemli münasibətini üzə çıxarır, bunlardan üç aspekt xüsusilə ayrılır: milli suverenliyin inkar edilməsi, legitim hakimiyyətin sarsıdılması və xəyali paralel kainatın yaradılması. Hər üç aspekt bizə Sovet İttifaqının xarici yanaşmalarını xatırladır.
Birincisi, biz dəfələrlə eşitmişik ki, Baltikyanı ölkələr “Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”. Lakin bu terminlərin real dünyada onlar üçün heç bir ciddi mənası yoxdur. Bu ölkələr gürcü xalqının əksəriyyətinin öz hakimiyyətini seçmək hüququna məhəl qoymurlarsa, Gürcüstanın suverenliyini necə dəstəkləyirlər? Səlahiyyət müddəti ötən ilin dekabrında başa çatan eks prezidentinin “Gürcüstanın qanuni nümayəndəsi” kimi tanınması “Gürcüstanın suverenliyinin dəstəklənməsi” ilə nə dərəcədə uyğundur? Suverenliyin mahiyyəti onu kimin tanımasından və ya təhdid etməsindən asılı olaraq dəyişmir. Gürcüstan vətəndaşlarının öz hakimiyyətini – Sovet İttifaqını və ya Litvanı seçmək hüququna müdaxilə etməsinin nə əhəmiyyəti var?
İkincisi, xalqı hakimiyyətdən ritorik şəkildə ayırmaq Sovet İttifaqının başqa ölkənin suveren işlərinə qarışmaq məqsədi ilə istifadə etdiyi daha bir köhnə və etibarlı üsuldur. Son bir neçə ay ərzində biz Baltikyanı ölkələrdə yüksək rütbəli siyasətçilərin nə qədər faydasız olsalar da, praktiki olaraq Gürcüstan hökumətini gürcü xalqından ayırmağa yönəlmiş cəhdlərinin şahidi olduq. Eks-prezident Zurabişvilinin hər üç Baltik ölkəsinə budəfəki səfəri və rəsmi qəbulu onu göstərir ki, Baltikyanı siyasətçilər hələ də köhnə sovet üsullarından istifadə edirlər. Onlar qüya kommunist, sovet və rus olan hər şeyi şiddətlə pisləyirlər, amma görünür, hələ də ruhi olaraq çox qırmaq istədikləri maşada ilişib qalıblar.
Üçüncüsü, Gürcüstanın Rusiyanın nəzarəti altında qəddar diktatura olduğu yalançı və xaotik virtual dünyanın yaradılması Baltikyanı siyasətə reallıqdan uzaq, yekun üz verir. Bu yalanın demokratiyaya qayğı ilə heç bir əlaqəsi yoxdur, ancaq aşkar geosiyasi səbəblərdən diktə olunur. Estoniya, Latviya və Litva Rusiyanın diqqətini başqa yerə yönəltməklə öz təhlükəsizliklərini yaxşılaşdırmağa çalışırlar. Məhz buna görə də Gürcüstanı Ukraynanın işğal olunduğu gündən Moskva ilə açıq qarşıdurmaya çağırırlar. Avropa İttifaqı və NATO üzvü olmayan Gürcüstanın Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etməsində israr edərək, Gürcüstan-Rusiya arasında gərginliyin artacağına ümid edirdilər və faktiki olaraq Gürcüstanı öz maraqlarına qurban verdilər. Onların siyasətlərinin başqa məntiqi izahı yoxdur.