Şalva Papuaşvili – Avropa İttifaqı səfirliyi gürcü xalqını, müharibə veteranlarımızı 9 May və faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə bir kəlmə ilə belə təbrik etmədən Avropa Günü tədbiri keçirib

15:55, 10.05.2025

Təəsüf ki, Avropa İttifaqı səfirliyi gürcü xalqını, müharibə veteranlarımızı 9 May və faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə bir kəlmə ilə belə təbrik etmədən Avropa Günü tədbiri keçirib, – bu barədə parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Şalva Papuaşvilinin qeyd etdiyi kimi, Avropa Gününün və faşizm üzərində qələbənin qeyd edilməsi bir-birini istisna etməməlidir.

“Təəsüf ki, Avropa İttifaqı səfirliyi gürcü xalqını, müharibə veteranlarımızı 9 May və faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə bir kəlmə ilə belə təbrik etmədən Avropa Günü tədbiri keçirib. Döyüş meydanında həlak olan 300 min gürcü qəhrəmanı ilə Gürcüstan nasizmi məğlub etmək üçün böyük  qurban verdi. Bu mübarizə olmasaydı, Avropa bugünkü kimi olmazdı. Bu qurban olmasaydı, Avropa İttifaqı və ya Avropa Günü olmazdı. Avropa Gününü və faşizm üzərində qələbəni qeyd etmək bir-birini istisna etməməlidir. Əksinə, məhz bugünkü Avropanı yaradan faşizmin məğlubiyyəti oldu. Bu günün nümayişkaranə iqnor edilməsi birini digəri ilə əvəz etməyə xidmət etməsi çox pisdir. Ortaq yaddaş bizim qitəmizi sivilizasiya edən şeydir. Əsl Avropa keçmişi qiymətləndirməkdədir”, – Şalva Papauşvili yazır.

Oxşar