Şalva Papuaşvili – Avqust müharibəsi bizə iki fərqli dünyanı göstərdi – gürcü əsgərlərinin və əhalisinin qəhrəmanlığını, fədakarlığını və marionet rejimin xəyanətkar mahiyyətini

14:35, 08.08.2026

Ölkəmizin yaxın tarixində daha bir faciəvi səhifə kimi yazılan avqust müharibəsindən 18 il keçib, – bu barədə Parlamentin sədri Şalva Papuaşvili Muxatqverdi qardaşlıq qəbiristanlığında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu müharibə bizə iki fərqli dünya göstərdi.

“Biri gürcü əsgərlərinin və mülki şəxslərin qəhrəmanlığı və fədakarlığıdır; ikincisi isə marionet rejimin xəyanətkar mahiyyətidir. O vaxt Gürcüstanı bu müharibəyə sürükləyən, daha sonra isə yaralı əsgərləri, həlak olmuş əsgərləri və dinc əhalini döyüş meydanında taleyin ümidinə buraxan bir rejimin əməlidir. Özləri isə o günlərdə, hamımızın gördüyü kimi, lağlağı və məzhəkə ilə məşğul idilər. Xatırlayırsınızmı avqustun 9-da Təhlükəsizlik Şurasının iclasını, hansı ki, bizim qəhrəman əsgərlərimiz döyüş meydanında düşmənlə vuruşduğu və həlak olduğu, əhalinin isə cəbhə xəttinin arxasında köməksiz və taleyin ümidinə buraxıldığı bir vaxtda Saakaşvili, Bokeriya və ovaxtkı Təhlükəsizlik Şurasının üzvləri qıcanaraq uca səslə gülürdülər və öz ölkələrinə qarşı belə bir münasibət nümayiş etdirirdilər. Bu, ovaxt bütün Gürcüstanın gördüyü mənzərə idi”, – Şalva Papuaşvili bildirib.

Oxşar