Şalva Papuaşvili - 2014-cü ildə Avropa İttifaqı Mərkəzi Afrikada hərbi missiyada iştirak etmək arzusunda olanları tapa bilməyəndə “Gürcü Arzusu” hakimiyyəti Avropa İttifaqının missiyasını pozulmaqdan xilas etdi
2014-cü ildə Avropa İttifaqı Mərkəzi Afrika Respublikasında hərbi missiyada iştirak etmək arzusunda olanları tapa bilmirdi, “Gürcü Arzusu” hakimiyyəti Avropa İttifaqının bu missiyasını pozulmaqdan xilas etdi- bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Onun bəyanatına əsasən, Gürcüstan bu olduqca çətin əməliyyatda Avropa İttifaqının üzvü olmayan yeganə ölkə, hərbi kontingenti ilə isə Fransadan sonra ikinci ölkə idi.
“Unutmamalıyıq ki, 2014-cü ildə Avropa İttifaqı öz üzv dövlətlərində Mərkəzi Afrika Respublikasında hərbi missiyada (EUFOR RCA) iştirak etmək arzusunda olanları tapa bilməyəndə, Gürcüstan (“Gürcü Arzusu” hakimiyyətinin qərarı ilə ) 150 əsgər göndərməklə, Avropa İttifaqının bu missiyasını pozulmaqdan xilas etdi.
Biz bu olduqca çətin əməliyyatda Avropa İttifaqının üzvü olmayan yeganə ölkə, hərbi kontingenti ilə isə Fransadan sonra ikinci ölkə idik”- Şalva Papuaşvili yazır.