Salome Zurabişvili Vake Parkında “Bilinməyən əsgər” memorialına əklil qoydu

13:08, 09.05.2019

Gürcüstan prezidenti Salome Zurabişvili veteranları qələbə günü ilə təbrik etdi.

Prezident bugün Vake Parkına getdi və “Bilinməyən əsgər” memorialına əklil qoydu.

“Bütün veteranları onların o zamanki qələbələri ilə təbrik edirəm. Müharibədə həlak olan bütün qəhraman hörmətə layiqdir. O vaxt hər bir gürcü inanırdı ki, azadlıq üçün mübarizə edirdi. Əslində onlar Gürcüstanın azadlığı üçün mübarizə edirdilər” – dedi Salome Zurabişvili.

Oxşar