Salome Zurabişvili - Mamuka Xazaradze və Qiorqi Qaxarianı saat 15:00-da nahara dəvət edirəm, ondan əvvəl istədiklərini edə bilərlər
Salome Zurabişvili - Mamuka Xazaradze və Qiorqi Qaxarianı saat 15:00-da nahara dəvət edirəm, ondan əvvəl istədiklərini edə bilərlər

 

Hər ikisini saat 15:00-da nahara dəvət edirəm və ondan əvvəl istədiklərini edə bilərlər. Əksinə, çox yaxşı olacaq – bu haqda Gürcüstanın Prezidenti Salome Zurabişvili bildirib.

Zurabişvili “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin Orbeliani sarayında prezidentə qonaq olmazdan əvvəl o və “Gürcüstan naminə” partiyasının sədri Qiorqi Qaxarianın şəxsən görüşməli olduğu haqda bəyanatına münasibət bildirib.

Gürcüstanın Prezidenti Salome Zurabişvili Mamuka Xazaradze və Qiorqi Qaxarianı partiyaları birləşdirməyə çağırıb və sentyabrın 17-də məsləhətləşmələr üçün Orbelianebi sarayına dəvət etdiyini bildirib.