Salome Zurabişvili - Kimsə bu ölkədə sülh istəyirsə, bunun üçün yalnız bir yol mövcuddur, seçkilər yolu, mən heç yerə getmirəm, buradayam və burada olacağam
Bu ölkədə kimsə sülh istəyirsə, yalnız bir yol mövcuddur, o da seçkilər yoludur, mən heç yerə getmirəm, buradayam və olacağam, – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili rezident administrasiyasında keçirilən brifinqdə bildirib.
Zurabişvilinin dediyinə görə, bu ölkənin mütləq leqitim instituta, legitim hökumətin bir hissəsinə ehtiyacı var.
“Bizim küçələrdə gördüyümüz həmrəylik, sevgi, istilik, səbr, bu birləşmiş milli hissin sülh yolu ilə ifadəsi, bu Gürcüstana lazım olan şeydir. Bu, reallığa çevrilən bir ideyadır. Əksik olan bir şey var və bu mövcud olan yeganə tələbdir. Böyük etiraz yalnız bir şey üçündür, yeni seçkilər təyin edilsin, çünki başqa dinc yol yoxdur. Başqa siyasi proses yoxdur. Kimsə bu ölkədə sülh istəyirsə, kimsə bu böhrandan hansısa formada qalib kimi çıxmağımızı istəyirsə, bunun bir yolu var, seçkilər yolu. Ədalətli seçkilər olmadan, nə sülh, nə də ondan sonrakı siyasi proseslər var. Mən bunun üçün buradayam.
Bu arada, mən heç yerə getmirəm, heç kimi buraxmayacağam. Mən buradayam və burada olacam. Mən buradayam və burada olacağam, çünki bu ölkənin bu anda leqitim instituta, real olaraq seçilmiş və bu ölkənin, bu cəmiyyətin səsini əks etdirən legitim hökumətin bir hissəsinə ehtiyacı var. Mən sizin əcnəbilər yanında nümayəndəsiyəm və bu bir növ legitimlikdir.Həmçinin, mən sizin daxili nümayəndənizəm. Bu gün repressiya və müxtəlif üsulla bu cəmiyyəti əsarət altına sala biləcəklərini düşünən, seçkilərdən başqa yol olmadığını anlayanda mən buradayam və burada olacağam ki, ölkəyə sülhü, ədaləti, gələcəyi qaytarmaq üçün bu seçkiləri necə təşkil edəcəyimizi oturub düşünək. Yeganə yol budur və bu işdə hamımız bir yerdəyik, küçədə bayırda dayanan və burada sizi düşünən kimsə, sizin üçün gələcək hazırlayır”, – Salome Zurabişvili bildirib.