Gürcüstan prezidenti Salome Zurabişvili bu gün doqquz məhkumu əfv edib.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, əfv olunan şəxslərdən beş məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə təyin olunmuş cəzanı çəkməkdən tam azad edilib.
Onların məlumatına görə, dörd məhkumun, o cümlədən bir qadının cəzaçəkmə müəssisəsində çəkəcəyi cəzanın müddəti azaldılıb.