Salome Zurabişvili - bugünki günü, 11 il bundan əvvəl, Rusiya Abxazya və Cənubi Osetiyanın "müstəqilliyinin" elan edilməsi ilə, beynəlxalq hüquq normalarını pozdu
Salome Zurabişvili - bugünki günü, 11 il bundan əvvəl, Rusiya Abxazya və Cənubi Osetiyanın "müstəqilliyinin" elan edilməsi ilə, beynəlxalq hüquq normalarını pozdu

Bugünki günü, 11 il bundan əvvəl, Rusiya Gürcüstanın iki ayrılmaz hissəsinin – Abxazya və Cənubi Osetiyanın “müstəqilliyinin” elan edilməsi ilə, beynəlxalq hüquq normalarını pozdu, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bəyanat yayır.

“Gürcüstanın heç bir hakimiyyəti, nə indiki, nə də gələcəkdəki, Gürcüstanın vahid dövlətinin pozulmuş bütövlüyü bərpa olunmayana qədər bununla barışmayacaq. Bu gün rusifikasiya siyasətinə görə, abxaz və osetin mədəniyyətini, dilini, ümumitlə identliyini daha da ağır təhlükə gözləyir – yox olma təhlükəsi. Bizim birgə tariximiz isə, onun sübutudur ki, gürcülərsiz abxaz və osetinlərin milli identliyinin xilas edilməsi mümkün olmayacaq.

Həmçinin bizim abxaz və osetin vətəndaşlarımızın sosial və iqtisadi durumu ağırdır. Bu gün də, işğal ilə yaranmış problemlərə baxmayaraq, hakimiyyətimiz maksimumu edir.

Abxaz və osetinlər ilə bizim ümumi tariximiz ərzində ağır dövrlər olub, lakin sevgi, dostluq, qohumluq və ikitərəfli hörmət daha çoxdur.

İnanıram ki, vaxt gələcək, Abxziya və Cənubi Osetiya Gürcüstanın vahid dövlət məkanına sülh yolu ilə geri qayıdacaq.

Mənim əsas arzum və böyük məqsədimdir ki, bu, yaxın gələcəkdə, mənim prezidentliyim dövründə baş verəcək. Bunun üçün bütün yol və vasitələrdən istifadə edəcəm”, – bəyanatda deyilir.