Salome Zurabişvili - Bəzi ölkələr fərdi sanksiyalar tətbiq etdi, çünki Avropa İttifaqı kollektiv sanksiyalarla bağlı razılığa gələ bilmir, Gürcüstan kimi kiçik bir ölkədə isə sanksiyalar işləyir
Sanksiyaların məqsədi siyasəti radikal şəkildə dəyişmək deyil, çatlar yaratmağa çalışmaqdır, – bu barədə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Praqada GLOBSEC beynəlxalq təhlükəsizlik forumu çərçivəsində keçirilən panellərdən birində bildirib.
Zurabişvilinin söylədiyinə görə, sanksiyalar Gürcüstan kimi kiçik bir ölkədə işləyir.
“Nə baş verirsə, tanınmaması çox vacibdir. Bəzi Avropa ölkələri fərdi sanksiyalar tətbiq ediblər, çünki Avropa İttifaqı konsensus olmadığı üçün kollektiv sanksiyalarla bağlı razılığa gələ bilmir. Bu, çox vacibdir, çünki sanksiyalar Gürcüstan kimi kiçik bir ölkədə işləyir. Gürcüstan İran, Rusiya və ya Çin deyil. Deməli, iş adamlarının xarici əlaqələrə ehtiyacı var. Hətta hakim partiya ilə bağlı olsalar da, yenə də xarici əlaqələrə ehtiyacları var. Bu ağrılıdır, onlar üçün ağrılıdır, hakim partiya və onun birinci çevrəsində gərginlik və zəiflik yaradır. Sanksiyaların məqsədi siyasəti radikal şəkildə dəyişmək deyil, çatlar yaratmağa çalışmaqdır”, – Salome Zurabişvili bildirib.