Salome Zurabişvili - Avropa yolumuzu qəti şəkildə dəstəkləyən Şarl Mişelə millətimiz adından təşəkkür etdim, bu həlledici anda Avropa İttifaqının dəstəyi vacibdir
Salome Zurabişvili - Avropa yolumuzu qəti şəkildə dəstəkləyən Şarl Mişelə millətimiz adından təşəkkür etdim, bu həlledici anda Avropa İttifaqının dəstəyi vacibdir

Avropa yolumuzu qətiyyətlə dəstəkləyən Gürcüstanın dostu Şarl Mişele millətimiz adından təşəkkür etdim, – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşdən sonra sosial şəbəkədə yazır.

“Bu həlledici məqamda Avropa İttifaqının dəstəyi həyati əhəmiyyət kəsb edir –Avropanın gələcəyinə yönəlik sadiqliyimizi təsdiqlədiyimiz vaxt, mənəvi dəstək və seçkiləri müşahidə etmək gürcü xalqını gücləndirəcək”, – Zurabişvili yazır.