Sakire kəndində yanğın yerinə gedən yolun təmizlənməsi üçün ağır texnika daxil edildi [video]

Borcomi Munisipalitetinin Sakire kəndinin yaxınındaki ərazidə baş verən yanğın yerinə ağır texnika daxil edildi.

Bu barədə məlumatı Birinci Kanalın hadisə yerində olan jurnalisti verir.

Fövqəladə hallar idarəsi xidmətinin Axaltsixe şöbəsinin rəhbəri İlia Tavtetrişvilinin dediyinə görə, traktor yanğın-xilas etmə briqadasına yolu təmizləməyə yardım edəcək.

Onun məlumatına görə, bu mərhələdə yanğının yaşayış məntəqələrinə qədər yayılma ehtimalı yoxdur.

Hadisə yerində 30 yanğın söndürən işləyir.

Yanğın Sakire kəndində aprelin 30-da gecə saatlarında baş verdi.