Şaxta işçilərindən biri baş verən faciəyi yada salır

İqtisadiyyat naziri və eyni zamanda birinci vitse-premyer Dimitri Kumsişvili Tkibuli və Kutaisi xəstəxanalarında Mindeli şaxtasında zərər görənləri ziyarət etdi.

Şaxta işçilərindən biri başlarına gələn hadisəyi anlatdı.

Zərər görən fəhlə yada salır ki, zərbənin dalğası o qədər güclü oldu ki, fəhlələri 15-17 metrlik məsafəyə atdı.

“Biz şaxta işçilərinin dilində, baş verən qəzaya dağ zərbəsi deyirik və o zərbələr siqnal vermirlər. Əgər 4-cü, 5-ci qat dərinliyinə giribsənsə, onda siqnal verir. İkinci qat dərinliyində, siqnal vermir. Dalğaların yaranmasına nə səbəb oldu bilmirəm, ancaq orada işləyən oğlanlar öz işlərinin professiyonalları idilər, digər səbəbləri isə, istintaq müəyyən edəcək, mən əvvəlcədən birşey deyə bilmərəm” – dedi zərər görən şaxta işçisi.

Xatırladaq ki, Tkibuli şaxtasında baş verən qəza nəticəsində altı nəfər həlak oldu.