Şahzadə Harri kral ailəsi ilə “barışmaq istədiyini” bəyan edir

10:17, 03.05.2025

Sasseks hersoqu Harri “BBC”yə müsahibəsində kral ailəsi ilə barışmağa çox can atdığını bildirib.

Harrinin dediyinə görə, Britaniya məhkəməsinin onun təhlükəsizliyini təmin etməkdən imtina etməsi onu məhv edib.

Şahzadə Harri bildirib ki, kral “təhlükəsizlik məsələlərinə görə onunla danışmır”. O, daha döyüşmək istəmədiyini deyir.

“Ailəmlə aramda o qədər fikir ayrılığı olub, amma mən onları bağışladım. Ailəmlə barışmaq istərdim. Mübarizəni davam etdirməyin mənası yoxdur. Çünki həyat dəyərlidir”, – deyə şahzadə bildirib.

Şahzadə Harrinin təhlükəsizlik məsələləri ilə bağlı hüquqi davası şahzadə üçün əlverişsiz nəticə ilə başa çatdı. Britaniyanın apellyasiya məhkəməsi, Şahzadə Harrinin 2020-ci ildə krallıq vəzifələrindən imtina edərək ABŞ-a köçdükdən sonra dövlət tərəfindən maliyyələşdirilən polis müdafiəsi almayacağına dair hökumət qərarını təsdiqləyib.

Harri qeyd edib ki, bu qərar onun və ailəsinin təhlükəsizliyinə təhlükə yaradır və hətta gələcəkdə onun Britaniyaya qayıtmasını çətinləşdirə bilər.

Oxşar