Şahmat Olimpiyadasının qapanış mərasimində Tornike Rijvadze Rusiya nümayəndə heyyətinə Gürcüstan xəritəsini hədiyyə etdi [Video]

Batumidə keçirilən Dünya Şahmat Olimpiyadasının qapanış mərasimində Acara İqtidarının sədri Tornike Rijvadze Rusiya nümayəndə heyyətinə Gürcüstan xəritəsini hədiyyə etdi.

O bəyan etdi ki, Gürcüstan Vaja-Pşavelanın ölkəsidir və gələn qonaqlarada hörmət edir, ancaq xəritə səhvi düzəldilməlidir.

“Bəzi ölkələrin xəritə dizaynerləri ölkəmizin birliyini və ərazi bütövlüyün şübhə altına qoyurlar və mən bu hədiyyəyi qonaqlarımıza verərək, ümid edirəm ki, xəritə anlaşmazlığı aradan qaldırılacaq. Bu Gürcüstanın həqiqi xəritəsi və tarixidir” – dedi Tornike Rijvadze.