“Sahibsiz heyvanların soyqırımına yox! Sahibsiz heyvanların səsi ol” – bu şüarla hökumət administrasiyasının qarşısında sahibsiz heyvanların qorunması üçün aksiya keçirildi.
Təşkilatçıların bildirdiyinə görə, toplantının məqsədi sahibsiz heyvanların problemlərinə cəmiyyətin diqqətini çəkmək və humanist yanaşmaları dəstəkləmək olub. Aksiya iştirakçıları deyirlər ki, bu, evtanaziya prosesinin dayandırılmasını və itkin düşmüş heyvanların ilkin yaşam yerlərinə qaytarılmasını tələb edən xəbərdarlıq xarakterli toplantı olub.