Saqarecoda həll olunmayan problemlər - Gürcüstanın Birinci Kanalının bölgədən xüsusi reportajı
Bu gündən Gürcüstanın Birinci Kanalı bölgələrdən xüsusi reportajların hazırlanmasına başlayır.
Bizim çəkiliş qrupumuz hər bir rayon və kəndə gedəcək ki, göstərsin büdcə vəsaitləri nələrə xərclənir və əslində əhali hansı şəraitdə yaşamalı olur.
İlk reportaj Saqarecodandır. Burada 25 milyonluq büdcəsi olan rayonun əhalisi, yerli hakimiyyətlə büdcə prioritetlərinin düzgün bölüşdürülməməsi ilə dava aparır. Aydın olur ki, hər 44 kəndin içməli su problemi var və demək olar ki, infrastruktur baxımından heç bir şey edilməyib. Bu vaxtı, son iki il ərzində artıq ikincə dəfə Saqareco meriya binası təmir edildi və üçüncü dəfə eyni yolun asfaltlaşdırılması baş verdi.
“Moambe” məsələ ilə, iyulun 22-də susuzluqdan narahat olan əhali Qombori yolunu bağladıqdan sonra maraqlandı.