Sadaxlıda yanğının likvidasiya işləri davam edir – Drondan çəkilən kadrlar

12:44, 31.07.2018

Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, Marneulidə Sadaxlı kəndində baş verən yanğının likvidasiya işləri davam edir.

İdarə dron ilə yanğının episentrindən çəkilən video-kadrları yayır.

Hadisə yerində 120 xilas edici işləyir.

Yanğın dünən axşam çıxdı. Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, Gürcüstan-Ermənistan sərhədinin yanında, Gürcüstan ərazisində 20 hektar ərazi yanıb. Ermənistan ərazisində isə, 50 hektar.

Oxşar