Sabiq Roma Papası XVI Benedikt vəfat edib
Sabiq Roma Papası XVI Benedikt vəfat edib

 

Fəxri Papa XVI Benedikt 95 yaşında vəfat edib. Sabiq Roma Papası Vatikan iqamətgahında vəfat edib. Müqəddəs Taxt müvafiq məlumatları yayır.

Son günlər XVI Benediktin səhhəti kəskin şəkildə pisləşmişdi. Çərşənbə günü ayin zamanı Papa Fransisk möminləri Fəxri Papa üçün dua etməyə çağırıb.

XVI Benedikt 2005-ci ildən Katolik Kilsəsinin rəhbəri olub. 2013-cü ildə o, son 600 ildə istefa verən ilk Papa olub. O, ömrünün son illərini Vatikanın monastırlarından birində keçirib.