Rza Pəhləvi - Donald Tramp sözünün üstündə duran insandır və dediyi kimi, İran xalqının yanında olacaq
Rza Pəhləvi - Donald Tramp sözünün üstündə duran insandır və dediyi kimi, İran xalqının yanında olacaq

Donald Tramp sözünün üstündə duran insandır, – bu barədə sabiq İran şahının oğlu Rza Pəhləvi Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

Pəhləvinin sözlərinə görə, İran xalqı Amerikanı sevir və İran rejimindən nifrət edir.

Bir müxbirin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla bu məsələ ilə bağlı görüşlər keçirib-keçirmədiyi barədə sualına Pəhləvi, bunun, “həssas” bir məsələ olduğu üçün mövzu ilə bağlı şərh verməməyin daha yaxşı olduğunu cavab verib.

“Lakin sizə deyə bilərəm ki, İran xalqına qarşı güclü dəstək var. İnanıram ki, Prezident Tramp sözünə əməl edən bir insandır və sonda, dediyi kimi, İran xalqının yanında olacaq”, – deyə o qeyd edib.