Ryanair aviaşirkətinin Kutaisidən uçuşların 2019-cu ildən yerinə yetirməsi mümkündür
Aeroportlar Birləşməsinin rəhbəri, Ketevan Aleksidze bəyan edir ki, Ryanair aviaşirkəti ilə 2019-cu ildən uçuşların yerinə yetirilməsi barəsində danışıqlar aparılır.
“Ryanair ilə kifayət qədər uzunmüddətli görüşümüz var idi. Bu şirkətin Gürcüstana qarşı marağı var. Bir neçə aydan sonra onlar 2019-cu il üçün təyyarələrin yeni partiyasını gözləyirlər. Bundan irəli gələrək biz onlarla avia istiqmət şəbəkəsi üzrə işləyirik”, – Aleksidze qeyd etdi.
Aeroportlar Birləşməsinin rəhbəri deyir ki, söhbət Tbilisi Beynəlxalq Aeroportundan uçuşlar barəsində getmir.