Rustem Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək

21:51, 03.08.2026

Rustem Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Medianın xəbər verdiyinə görə, Zelenski diplomatlarla görüşündə Umerovun yaxın günlərdə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edəcəyini bildirib. Ukrayna prezidenti həmçinin qeyd edib ki, Umerov diplomatik istiqamətdə, xüsusən də ABŞ-ın dəstəyi ilə davam edən sülh danışıqları baxımından işləməyə davam edəcək.

Rüstəm Umerov hazırda Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının rəhbəridir və bundan əvvəl Ukraynanın Müdafiə naziri vəzifəsini tuturdu. Müdafiə və Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində Umerovu daxili işlər nazirinin vəzifəsini icra edən İqor Klimenko əvəz edəcək.

Oxşar