Rustem Umerov - Biz ABŞ-da amerikalı və avropalı tərəfdaşlarla görüşü başa çatdırdıq və yaxın gələcəkdə birgə işi davam etdirmək barədə razılığa gəldik
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukrayna nümayəndə heyətinin ABŞ-da amerikalı və avropalı tərəfdaşları ilə görüşünü başa çatdırdığını bildirib.
“ABŞ-da amerikalı və avropalı tərəfdaşlarla görüşümüzü başa çatdırdıq. Danışıqların nəticələri barədə Ukrayna prezidentinə məlumat verdim. Amerikalı tərəfdaşlarımızla növbəti addımlar və yaxın gələcəkdə birgə işin davam etdirilməsi barədə razılığa gəldik”, – Umerov sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, Rustem Umerov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovla birlikdə amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün ABŞ-a gəlib.
“20-21 dekabrda ABŞ-da, Mayamidə Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi Kiril Dmitriyev, ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkof və Cared Kuşner ilə görüşlər keçirəcək.