Rustem Umerov bildirir ki, Ukrayna və Rusiya əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər və Putinlə Zelenskinin görüş imkanını müzakirə ediblər
Rustem Umerov bildirir ki, Ukrayna və Rusiya əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər və Putinlə Zelenskinin görüş imkanını müzakirə ediblər

Ukrayna müdafiə nazirinin bildirdiyinə görə, Rusiya və Ukrayna “1000/1000 formulu” ilə məhbusların mübadiləsi barədə razılığa gəliblər.

Bu barədə Rüstəm Umerov İstanbulda keçirilən danışıqlardan sonra jurnalistlərə amüsahibəsində bildirib.

“Tarixi bilirik, lakin hələ açıqlamayacağıq”, – deyə Ukraynanın müdafiə naziri bildirib.

Onun sdediyinə görə, danışıqlar zamanı atəşkəsin “bütün üsulları” müzakirə olunub. Ukrayna nümayəndə heyətinin rəhbərinin dediyinə görə, detallarla bağlı o, daha sonra danışacaq.

Onun dediyinə görə, danışıqlar zamanı həmçinin Rusiya və Ukrayna prezidentlərinin görüş imkanları da müzakirə olunub.