Rustavi şəhərində milli bayramımız olan Novruz bayramı böyük təntənə və sevinclə qeyd olundu. Bayram şənliyində Şəhərin meri ,Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, həmçinin Kvemo –kartli qubernatorluğunun nümayəndələri də iştirak etdilər və tamaşaçıları bayram münasibəti ilə təbrik edib onlara xoş arzularını çatdırdılar. Konsertdə milli musiqilərimiz,milli rəqslərimiz eləcə də aşıq mahnıları ifa olundu. Novruz şənliyinin ayrılmaz hissələri olan Keçəl kosa və bahar qızı şənlikdə xüsisi maraq oyadırdı. Rustavi şəhərində keçirilmiş Novruz şənliyi, yerli sakinlər və Rustavi şəhərinin 18 saylı orta məktəbinin azərbaycan şöbəsinin şagirdləri tərəfindən təşkil olundu.