Rustavi şəhərinin yeni meri, ilk iş gününü şəhəri təmizləyərək başladı

12:32, 12.11.2017

Rustavinin yeni seçilən meri İrakli Tabağua çalışmasının ilk gününü təmizlik aksiyası ilə başladı.

Buგün səhər saat 07:00-dan, İrakli Tabağua Meriyanın təmizlik xidmətinin əməkdaşları ilə bərabər, bir neçə məhəllənin təmizlik işlərində iştirak etdi.

İrakli Tabağuanın bəyanatına görə, onun üçün əsas prioritet şəhərə və Rustavililərə qayğı göstərməkdir.

Seçki qabağı, o əsas problem olaraq, Rustavi şəhərində təmizliyi adlandırmışdı və işinin ilk gününü də elə bu problemlə mübarizə ilə başladı.

Oxşar