Rustavi-Qırmızı körpü və Alqeti-Sadaxlo magistral yollarının tikintisinə nəzarət üzrə beynəlxalq tender elan edilib
Rustavi-Qırmızı körpü və Alqeti-Sadaxlo magistral yollarının tikintisinə nəzarət üzrə beynəlxalq tender elan edilib

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Rustavi-Qırmızı körpü və Alqeti-Sadaxlo magistral yollarının tikintisinə nəzarət üzrə yenidən beynəlxalq tender elan edib.

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, nəzarət xidmətlərinin təxmini dəyəri ümumilikdə 19 milyon avrodur.

“Rustavi-Qırmızı körpü və Alqeti-Sadaxlo hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm bir hissəsini təşkil edir və Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirir.

Layihə çərçivəsində ümumilikdə 61,3 km uzunluğunda, 4 zolaqlı, beton örtüklü sürətli avtomobil yolunun tikintisi planlaşdırılır və bu yol xarici işıqlandırma sistemi ilə təchiz ediləcək. Həmçinin, beynəlxalq yol təhlükəsizliyi standartlarına tam uyğun olaraq 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi nəzərdə tutulur.

Layihə Avropa İnvestisiya Bankının (EIB) krediti və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir.
Magistral yol hissələrinin layihələndirilməsi Dünya Bankının (DB) maliyyə dəstəyi ilə Niderland şirkəti tərəfindən həyata keçirilib.

Tenderlər haqqında ətraflı məlumat müvafiq linklərdə mövcuddur:

https://www.georoad.ge/?lang=geo&act=tenders&func=menu&uid=1774620492

https://www.georoad.ge/?lang=geo&act=tenders&func=menu&uid=1774620926″, – məlumatda qeyd edilib.