Rustaveli prospektində paralel olaraq üç aksiya keçirilir (video)

Tbilisdə, Rustaveli prospektində bir-birinə paralel olaraq üç aksiya keçirilir.

Parlament binası yanında “Bəyaz səs-küy hərəkatının” təşkilatçılığı ilə aksiya bir neçə dəqiqə bundan əvvəl başladı. Birinci Kanalın jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, hələlik nitqlə çıxışlar başlamayıb.

Paralel olaraq, Rustaveli prospektində “Gürcü Marşının” üzvləri və 9 aprel memorialını müdafiə etdiklərini bəyan edən vətəndaşlar toplaşıblar.

Hadisə yerinə polis səfərbər olunub və onlar üş aksiya iştirakçılarına imkan vermirlər ki, bir birlərinə yaxınlaşsınlar.

Daxili İşlər naziri müavini, Nikoloz Sabanadze həmçnin Rustaveli prospektindədir.