Rustaveli prospektində iki nəfər inzibati qaydada saxlanılıb, qrup halında zorakılıq faktı üzrə istintaq davam edir
Rustaveli prospektində iki nəfər inzibati qaydada saxlanılıb, qrup halında zorakılıq faktı üzrə istintaq davam edir

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rustaveli prospektində iki nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyində bildirdiklərinə görə, patrul polisinin əməkdaşları qeyd olunan şəxsləri inzibati qaydada saxlayıblar.

Bununla yanaşı, DİN-nin məlumatına görə, qrup halında zorakılıq faktı üzrə Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq davam etdirilir.

Aksiyaya paralel olaraq Rustaveli prospektində fiziki qarşıdurma baş verib.

Maska taxan naməlum şəxslər media nümayəndələri və etirazçılarla qarşı qarşıya gəliblər.Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd olunan şəxsləri ərazidən çıxarıblar, lakin daha sonra Daxili İşlər Nazirliyində bildirdiklərinə görə, onlar saxlanılıb.

Bununla yanaşı, hadisə yerində olan aksiya iştirakçıları metroda baş verən sözlü və fiziki qarşıdurmada məhz qeyd olunan şəxslərin olduğunu bildirirdilər.