Ruslan Abaşidze Gürcüstanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib
Ruslan Abaşidze Çexiya Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatına görə, Ruslan Abaşidze 1996-cı ildən Gürcüstan Xarici İşlər Nazirliyində çalışır. 2009–2013-cü illərdə o, Estoniya Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub, 2013–2015-ci illərdə isə xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini icra edirdi.
“Ruslan Abaşidzenin dövlət qurumlarında mühüm iş təcrübəsi var. O, müxtəlif illərdə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini və Abxaziya Muxtar Respublikası hökumətinin sədri vəzifələrini tuturdu”, – XİN yazır.