Rusiyaya pilotsuz uçuş aparatlarının satışı ilə əlaqədar Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib

18:43, 20.10.2022

 

Rusiyaya pilotsuz uçuş aparatlarının satışı ilə əlaqədar Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib. İrana qarşı sanksiyalar rekord müddətdə tətbiq edilib, sanksiyalar bu gün qüvvəyə minib.

Sanksiya paketində, Aİ ölkələrinin təyyarələrin tədarükünə cavabdeh olan üç fiziki və bir hüquqi şəxsin aktivlərini donduracağı deyilir.

Avropa İttifaqı həmçinin ilkin sanksiyalar siyahısına daxil edilmiş daha dörd İran təşkilatına qarşı da sanksiyalar tətbiq etməyə hazırdır.

Oxşar