Rusiyanın Xarkov və Sumıya hücumu nəticəsində iki nəfər həlak olub, 54 nəfər yaralanıb
Rusiya tərəfi Xarkova ballistik raketlərlə hücum edib. Yüksəkmərtəbəli yaşayış binasının bombalanması nəticəsində bir nəfər həlak olub, 54 nəfər yaralanıb.
Xarkov meri İqor Terexovun açıqlamasına görə, “raket Xarkovun sıx məskunlaşdığı bölgəsinə düşüb. Dağıntılar altında insanlar ola bilər”.
Xəsarət alanlardan ikisi uşaq olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib. Dörd nəfərin vəziyyəti ağırdır.
Sumı vilayətində, Nikolaevdə və Dneprdə də partlayışlar olub. Sumıdə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirilib, nəticədə bir nəfər həlak olub.